Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqladı

Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqladı

Neftçala sənaye zonasında yerləşən "Khazar" Azərbaycan-İran avtomobil zavodu bu ilin sonunadək iki minə yaxın avtomobil istehsal etməyi planlaşdırır.

Aktual.az Trend-ə istinadən bildirir ki,  bunu zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, bu müddət ərzində zavod "Khazar", eləcə də "Peugeot" və "Renault" markası altında 8 avtomobil modelinin istehsalatını təşkil etmək niyyətindədir:

"Avtomobillərin qiyməti 14-20 min manat arasında dəyişəcək. Əgər biz detal istehsalına başlasaq, perspektivdə qiymətlər 12-13 faiz azala bilər. Eləcə də, avtomat ötürücülər qutusu ilə avtomobillərin buraxılışı nəzərdə tutulur. Ümumilikdə, zavodun aylıq istehsalat gücü ilk mərhələdə 160 avtomobil təşkil edəcək".
 
Aktual.az 
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR