Azərbaycan iki layihədən 5,2 milyard qazandı

Azərbaycan iki layihədən 5,2 milyard qazandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

Fonddan Report-a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında "AÇG" yataqları üzrə ARDNF-ə 4 941 milyon ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 247 milyon dollar daxil olub.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" yataqlar bloku üzrə əldə olunan ümumi gəlirlər 115,092 milyard dollar, "Şahdəniz" yatağı üzrə isə 2007-ci ildən etibarən 2,367 milyard dollar təşkil edib.

Xəbər 660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR