Azərbaycan idmançılarının bu il qazandıqları medalların sayı açıqlandı

Azərbaycan idmançılarının bu il qazandıqları medalların sayı açıqlandı
  • İDMAN

 Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, medallardan 347-si "qızıl"dır: "Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər".
Qeyd edək ki, Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb. Medalların 297-si qızıl olub. 


Aktual.az 


Xəbər 127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR