Azərbaycan həqiqətləri - Fransa mediasında

Azərbaycan həqiqətləri   - Fransa mediasında

Fransanın bir qrup senator və deputatının Prezident Fransua Ollanda ünvanladığı Ermənistanın təcavüzkar siyasətinə son qoymağı tələb edən müraciətinin mətninə ölkə mediasında geniş yer verilib.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, həmin müraciət Fransanın aparıcı “Le Figaro“ qəzetində də dərc olunub. 

Ermənistan təcavüzünə son qoymağı tələb edən belə bir mətnin ölkənin nüfuzlu qəzet və internet portallarında dərc olunması artıq Azərbaycanın mövqeyinin və haqq səsinin eşidilməsindən xəbər verir. Bu, erməni lobbisinin yaratdığı süni mifin sonunu göstərir, Fransa mediyasının həqiqətə yön tutduğunu bildirir. “Le Figaro” qəzetində və onun internet portalında Azərbaycana dost fransız parlamentarilərinin Fransua Ollanda ünvanladıqları müraciətin dərc edilməsi erməni təxribatlarının fransız dilli ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təcili həllində beynəlxalq hüquqa riayət olunmasına çağırılır. Fransalı senatorlar artıq çeynənmiş mühakimə və fikirləri təkrarlamağa son qoymağın və vəziyyətə obyektiv yanaşmağın vaxtının çatdığını diqqətə çatdırırlar.

Senatorlar münaqişənin həlli üçün erməni işğalçı qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət edilməsini tələb edirlər.

Prezident Fransua Ollanda ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğalına göz yummağın yolverilməz olduğu bildirilərək, ondan Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasındakı daimi üzvü səlahiyyətlərinə müvafiq olaraq dərhal tədbir görmək xahiş olunur.

Müraciəti Fransanın Yuxarı Reyn Departamentinin senatoru, sabiq nazir Jan-Mari Bokel, Avropa deputatı, sabiq nazir Raşida Dati, Orn Departamentinin senatoru, Senatın beynəlxalq əlaqələr komitəsinin müdafiə və silahlı qüvvələr üzrə sədr müavini Natali Qule, Aşağı Reyn Departamentinin senatoru, Avropa işləri üzrə komitənin sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə müavini Andre Rişar, Yuxarı Reyn Departamentinin deputatı, Fransa-Azərbaycan Dostluq Qrupu sədrinin müavini Jan-Luk Reytzer, En Departamentinin senatoru Silvi Qo-Şavan, Şarant Departamentinin deputatı, Avropa işləri üzrə komitə sədrinin müavini Jerom Lamber, Som Departamentinin senatoru Jerom Binyon, Uaz Departamentinin deputatı Jan-Fransua Mansel, Möz Departamentinin senatoru Kristian Nami imzalayıblar.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR