Azərbaycan Gürcüstana ixracı azaltdı – STATİSTİKA

Azərbaycan Gürcüstana ixracı azaltdı – STATİSTİKA

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4% azalaraq, ümumilikdə, 321,16 milyon dollar təşkil edib. 

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında qeyd olunub. 

Hesabata görə, Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr arasında 6-cı yeri tutur.
Bu siyahıda liderliyi Kanada edir - təxminən 1,8 milyard dollar, daha sonra Türkiyə 997,8 milyon dollarla ikinci yerdə, İrlandiya isə 620,34 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

2016-cı ilin 9 ayı ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.
 
Aktual.az
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR