Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini artırıb

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini artırıb

Cari ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 8 mln. 444,5 min dollar dəyərində elektrik enerjisi idxal edib

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ötən ay Azərbaycan Gürcüstana 8 mln. 240,5 min dollar və 41,39 dəfə çox elektrik enerjisi ixrac edib. Belə ki, ötən ilin yanvar ayında qonşu ölkə Azərbaycandan 204 min dollar dəyərində elektrik enerjisi alıb.
 
Aktual.az
Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR