Azərbaycan gümüş hasilatını kəskin artırdı

Azərbaycan gümüş hasilatını kəskin artırdı

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 597,1 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% azalma deməkdir.

Aktual.az report-a istinadən bildirir ki, cari il aprelin 1-nə 63,2 kq hazır məhsul ehtiyatı yaranıb.

Rəsmi statistikaya əsasən, bu müddətdə gümüş hasilatı isə 5,1 dəfə artaraq 130,1 kq təşkil edib. Hazır məhsul ehtiyatı 13,0 kq olub.
Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR