Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
 
Aktual.az
-ın məlumatına görə, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub.
Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.
Qeyd edək ki, bu gün keçirilən final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.
 
Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.
Dünya Kuboku martın 18-dək davam edəcək.


Xəbər 180 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR