Azərbaycan-Fransız Universitetinin yeni binası açılıb - Bakıda

Azərbaycan-Fransız Universitetinin yeni binası açılıb - Bakıda

Bu gün Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

Aktual.az  xəbər verir ki, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin araşdırmalar və innovasiyalar şöbəsinin baş direktoru Alen Berets, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti, əməkdar elm xadimi Bernar Menye və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə binada yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, 2017/2018-ci tədris ili ərzində kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavriat proqramı əsasında UFAZ 283 tələbəyə (onlardan 240-ı dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.

Aktual.az
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR