Azərbaycan final oyunlarına ev sahibliyi edə bilər

Azərbaycan final oyunlarına ev sahibliyi edə bilər
  • İDMAN

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb

Aktual.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş bütün stadionların siyahısı:

UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı - Bakı Olimpiya Stadionu
İspaniya – Madrid - Estadio Metropolitano


UEFA Avropa Liqası

Azərbaycan – Bakı - Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi - Dinamo Arena
Almaniya – Frankfurt - Frankfurt Stadion
Almaniya – Ştutqart - Arena Stuttgart
Şotlandiya – Qlazqo - Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə – İstanbul - Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.
 
Aktual.az
Xəbər 768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR