Azərbaycan əhalisinin hər birinə 0,18 ha əkin sahəsi düşür

Azərbaycan əhalisinin hər birinə 0,18 ha əkin sahəsi düşür

Azərbaycan torpaq ehtiyatları ilə az təmin olunub, ölkə əhalinin hər bir nəfərinə 0,18 ha əkin sahəsi düşür.

Aktual.az-ın report-a istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən "Azərbaycanda torpaq idarəçiliyində kadastr coğrafi informasiya məlumatlarından istifadənin elmi-praktiki əsasları” elmi-praktiki konfransında çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib. 

"MDB ölkələrində bu göstərici 0,81 ha təşkil edir. Azərbaycanda əkin sahəsi respublikanın ümumi ərazisinin 20%-ni təşkil edir. Məsələn, Ukraynada bu göstərici 80% təşkil edir. Biz torpaq ehtiyatlarımızdan maksimum səmərəli şəkildə istifadə etməliyik”,- deyə A.Əlizadə qeyd edib.
 
Aktual.az
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR