Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.


Aktual.az  Trend-ə istinadən bildirir ki, iclasda komitənin "Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi" adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

Milli Məclisin deputatı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.

 
Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR