"Azərbaycan Avropada yeganə ölkədir ki, Parlamentdə müxalifət fraksiyası yoxdur "


Niyaməddin Orduxanlı:" Növbəti parlamentdə konsturktiv müxalifət fraksiya yarada bilsə, radikal müxalifət tamilə sıradan çıxacaq."

Növdənkənar parlament seçkilərinin keçirilməsinə parlamentdə təmsil olunan müxalifət partiyalarından da dəstək gəlib. 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Aktual.az saytına açıqlamasında bildirib ki, ilk dəfə olaraq 5 ay bundan qabaq BAXCP sədri Qüdrət Həsənquliyev mətbuatda növbədənkənar parlamentin keçirilməsinin zəririliyindən danışmışdı:

" Özünüz də bunun şahidisiniz. Biz bir partiya olaraq öncədən bildirmişdik ki, iqtidar növbədənkənar parlament seçkisi keçirsə, müxalifət partiyası olaraq dəstək verəcəyik. Nə üçün BAXCP bu prosesə dəstək verir? Bu gün cənab prezident İlham Əliyev çox ciddi dəyişikliklər aparır. Faktiki biz yeni bir mərhələyə keçmişik. Burda kadr islahatları, struktur islahatları, instisuonal islahatlar həyata keçirilir, yəni dəyişikliklər baş  verir. Belə bir vaxtda parlament bu islahatlara ciddi surətdə dəstək verməlidir. Hər kəs də görürdü ki, indiki  parlamentin potensialı yetərincə deyil. Parlament elə formalaşdırılıb ki, burada bitərəflər də iqtidar partiyasını dəstəkləyib. Həmişə hökumət elə islahatlar aparmalı, qanunları elə formada dəyişməliyik, parlamentə normal müxalifət fraksiyaları olsun. Həmçinin də kostruktiv müxalifətin imkanları genişlənəcək ki, daha çox parlamentdə yerə qazansın."

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan Avropada yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası mövcud deyildi:

" Biz hər zaman bu faktı qabardırdıq ki, bu bizim dövlətimizin imicinə ciddi ziyan vurur. Düşmənlərimiz bu faktdan əleyhimizə istifadə edir. Parlametdə 125 yerin böyük əksəriyyəti hakim partiyanın üzvüləri və onları dəstəkləyən bitərəf deputatlar idi.  Düşmən Ermənistanın Parlamentidə 3-4 müxalifət fraksiyası fəaliyyət göstərir. Uzun illər siyasi prosesləri içində olan, dövlətinə xidmət edən, hər zaman milli maraqları müdafiə edən konstruktiv mövqeydə olan gənc siyasətçilər belə parlamentdə düşmək imkanlarını itirirdilər. BAXCP Avropa Parlamentində təmsil olunan Mühafizəkarlar və İslaharçılar qrupunda rəsmi olaraq təmsil olunur. Ancaq təəssüf ki, o cür mötəbər qurumda təmsil olunan partiyamız Azərbaycan parlamentində bir nəfərlə təmsil olunurdu. Həm beynəlxalq təşkilatlarda yüksək təmsil olunmaq üçün,  həm də hökümətin fəaliyyətinə nəzarət üçün mütləq parlamentdə fraksiyalar olmalıdır. Əgər hökumət istəyirsə ki, büdcə vəsaitləri səmərəli xərclənsin, ədalətli bölüşdürülsün, bunun üçün mütləq parlamentdə müxalifət fraksiyaları olmalıdır. Böyük işlər görülür, bütün nöqsanlara baxmayaraq, islahatların bazası yaradılıb, Azərbaycan yeni dövrə keçib. Artıq biz bu dövrdə çalışmalıyıq ki, xalqın bu islahatlara ümidi itməsin. Xalqın islahatlara ümidi itsə, destruktiv qüvvələrin ardınca düşə, onları dəstəkləyə bilər, bu da əldə olunmuşların itirilməsinə, ölkədə sabitliyin pozulmasına, xaosun yaranmasına gətirib çıxara bilər. O halda biz yenə də hər şeyi sıfırdan başlamalı olarıq. "
BAXCP sədrinin müavini gənc siyasətçi olaraq bu dəfə də seçkiyə qatılacağını bildirib:" Şübhəsiz. Mən uzun illərdi peşəkar siyasətlə məşğul oluram. Siyasətçinin əsas məqsədlərindən biri də parlamentə üzv seçilməkdir. Parlament siyasətçilərin meydanıdır. Təbii ki, bu dəfə də BAXCP sədrinin müavini kimi, parlament seçkilərinə qatılacam. Bilirsiniz ki, bu sahədə geniş təcrübəm var. Abşeron rayonundan parlament seçkilərində iştirak etmiş, minlərlə səs toplayan və ikinci  yeri qazanmış şəxsəm. Bunu hər kəs Mərkəzi Seçki Komissiyasının rəsmi saytından da görə bilər. Bu dəfə də daha çox ümüdlü və inamlı şəkildə seçkiyə qatılacam. Bütün imkanlarımızla çalışacağıq ki, qələbəni tam təmin edək. Dövlətimizin inkişafında, müdafiəsində bir partiya nümayəndəsi kimi parlamentin işində yaxından tövfə verim. Məqsədim budur. Bir məqama diddət yönəltmək istəyirəm növbəti parlamentdə konstruktiv müxalifət partiyası fraksiya yaratmaq imkanlarını əldə etmiş olsa, radikal müxalifət tamamilə sıradan çıxacaq. Bu qacılmazdır. Bir daha qeyd etmək istəyirəm ki, parlamentdə müxalifər fraksiyasının yardılması dövlət maraqlarımız üçün vacibdir. Həmçinin də parlamentin normal fəaliyyəti üçün fraksiyalar, partiyalar olmalıdır. Müxalifətsiz cəmiyyət irəli gedə bilməyəcək. Hökumətin üzərində rəqib siyasi partiyanın nəzarəti olmasa, çətin olacaq. Biz demirik ki, biz bu gün Qərbi Avropa səviyyəsində parlament formalaşdıra bilərik. Heç olmasa Rusiya səviyyəsində, normal fraksiyaların olduğu, çoxpartiyalı sistem əsasında fəaliyyət göstərən parlament olmalıdır. Bizdə nəinki müxalifət partiyasının, hətta iqtidarı dəstəkləyən partiyanın üzvünü belə komitə sədrinin müavini vəzifəsinə təyin etmirlər. Dünyagörüş, təfəkkür dəyişməlidir. Xalqımız çox siyasiləşməyib, siyasi proseslərdə əsasən, seyrçi mövqeyi tutur. Ona görə də iqtidarın resursları həddindən artıq böyükdür. İqtidar istəsə, 125 yerin 125-ni də götürə bilər. Ona görə də iqtidardan, onun məsələlərə yanaşmasından çox şey asılıdır. Gözləyək."






Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR