Azərbaycan Asiya İnkişaf Bankından kredit alacaq

Azərbaycan Asiya İnkişaf Bankından kredit alacaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda elektrik enerjisi şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı kredit proqramını təsdiqləyib. 

Aktual.az Report-a istinadən xəbər verir ki, ADB bununla 1,4 mln. abonentin elektrik enerjisindən istifadə imkanları daha da yaxşılaşacağını açıqlayıb.

Kredit tranzaksiyası ümumilikdə 3 tranşdan ibarət olacaq və hər tranş üzrə 250 mln. dollar “Azərişıq” ASC-yə köçürüləcək.

Məlumata görə, layihə çərçivəsində həm də “Azərışığ”ın maliyyə menecmenti və əməliyyat imkanlarının genişləndirilməsi ilə bağlı təlim və başqa yardım vasitələrinin maliyyələşməsini də nəzərdə tutur.

ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Sean M. O`Sallivan bildirib ki, bu yeni biznes imkanlarına və kiçik və orta sahibkarlığın inkişafına imkan yaradacaq.

Qeyd edək ki, “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması”na dair İnvestisiya Proqramının birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən il mayın 5-də Bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, ayrılacaq 1 mlrd. dollar investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR