Azərbaycan 650 min dollara yeni gəmi aldı

Azərbaycan 650 min dollara yeni gəmi aldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, "GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.

Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.
 
Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.
 

Aktual.az

Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR