Azay Quliyev ilk dəfə səs verən gənclərlə görüşüb

Azay Quliyev ilk dəfə səs verən gənclərlə görüşüb

Bu gün 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev sözügedən dairədə ilk dəfə seçkidə səs verəcək gənclərlə görüşüb.

Seçki Qərargahından Aktual.az-a verilən məlumata görə, Azay Quliyev bu il Milli Məclisə keçiriləcək seçkidə ilk dəfə iştirak edəcək gəncləri təbrik edib: “Siz ilk dəfə səsvermə hüququnuzdan istifadə edəcəksiniz. Və sizin bu hüququnuzun reallaşması 1 noyabr - parlament seçkisinə təsadüf edib. Ümumiyyətlə, həyatda insan üçün seçim çox məsuliyyətli bir məsələdir. İstər dost seçimində olsun, istər təhsil, istər ailə, istərsə də seçkiyə münasibətdə. Ona görə də ümid edirəm, siz ilk seçki hüququnuzdan istifadə edərkən məsuliyyətlə, seçdiyinizə inanaraq düzgün qərar verə biləcəksiniz”.

Görüş gənclərlə deputatlığa namizəd arasında diskussiya şəklində davam etdirilib.

Gənclərin qaldırdığı məsələlərə ətraflı şərh verən Azay Quliyev bildirib ki, onun ictimai və deputat fəaliyyətində gənclər məsələsi hər zaman prioritetlərdən biri olub və belə də davam edəcək.

Xəbər 779 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR