Azay Quliyev: “Azərbaycandakı QHT-lərə ayrılan vəsaiti bölsək, hərəsinə 1000-1300 manat düşür”

Azay Quliyev: “Azərbaycandakı QHT-lərə ayrılan vəsaiti bölsək, hərəsinə 1000-1300 manat düşür”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Azay Quliyev mənzil şəraitinin yaxşılaşdırılması üçün 250 milyon manat və işsizlikdən sığorta ilə bağlı vəsaitin nəzərdə tutulmasını mühüm addım kimi qiymətləndirdi.

Daha sonra A.Quliyev Azərbaycan dövləti üçün vacib olan məsələ - səfirliklərlə bağlı problemlərə diqqət çəkdi: "Bəzi səfirlər deyir ki, artıq sürücü ştatını da ləğv edib. Odur ki, səfir bəzən özü sürücü funksiyasını yerinə yetirməyə məcbur olur. Heç olmasa, hər bir səfirə sürücü ştatı verilməlidir”.
A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasına əvvəlki illərdən 1,6 milyon az vəsaitin ayrılmasına da toxundu: "Bundan əlavə, QHT-lərə ayrılmalı olan 400 min manat vəsait də ödənilməyib. Deməli, ümumilikdə 2 milyon az vəsait ayrılıb. Azərbaycandakı QHT-lərə ayrılan vəsaiti bölsək, hərəsinə 1000-1300 manat düşür. Bu vəsaitlə 1 il ərzində nə iş görmək olar? Əgər hansısa QHT xaricdə iş görmək istəsə, bu, ancaq təyyarə biletinə bəs edər”.
A.Quliyev dedi ki, əgər bu gün QHT-lərə sahib çıxmasaq, yetərli vəsait ayrılmasa, o halda kənardan müdaxilələr olacaq. Bu mənada maliyyə nazirinə xitabən heç olmasa, Şuraya ödənilməyən 400 min manatı ödəməyi xahiş etdi. //Musavat.com
 
Aktual.az
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR