Azay Quliyev: 2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub

Azay Quliyev: 2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub

«2016-cı il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün uğurlu olub».
 
Bu fikri Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, Şura tərəfindən 2016-cı ildə 556 QHT layihəsi maliyyələşdirilib. Onun sözlərinə görə, bütövlükdə layihələrə 106 min nəfərdən çox insan qatılıb.
«2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən il QHT sektorunun dinamik inkişafı ilə yadda qalıb. Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiya müşahidə edilib. Eləcə də, ötən il Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib»- deyə, A.Quliyev vurğulayıb. 
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR