AZAL: Təyyarələrin buz bağlamaması üçün tədbirlər görülür

AZAL: Təyyarələrin buz bağlamaması üçün tədbirlər görülür

Bakıda və respublikanın digər bölgələrində qarlı və şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, nə Heydər Əliyev Beynəlxalq Hava Limanının, nə də ölkədəki digər aeroportların işində heç bir problem qeydə alınmayıb.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, hazırda ölkədədaxili və ölkəxarici reyslərlə bağlı təxirəsalınmalar olmayıb: "Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir və Bakıdakı havaya görə heç bir reys də təxirə salınmayıb. Sadəcə belə havalarada adətən təyyarələrin üstü buz bağlayır ki, bu da onların uçuşuna mane ola bilər. Ona görə də təyyarələrin buz bağlamaması üçün tədbirlər görülür, onların üstünə şırnaqla xüsusi maye səpilir. Bundan əlavə, havanın pisləşməsi ehtimalı nəzərə alınaraq digər profilaktik tədbirlər də görülür".

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR