Çaylarda suyun səviyyəsi ilə bağlı vəziyyət açıqlandı

Çaylarda suyun səviyyəsi ilə bağlı vəziyyət açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlayıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.

Məlumatda qeyd olunur ki, noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 148 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 121 faizinə bərabər olub.

Noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 5, Bankədə 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2014-cü il noyabrın 30-da 418 sm), Şirvanda 231 sm (2014-cü il noyabrın 30-da 289 sm), Salyanda 195 sm (2014-cü il noyabrın 30-da 230 sm), Bankədə 179 sm (2014-cü il noyabrın 30-da 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2014-cü il noyabrın 30-da 171 sm) təşkil edir.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR