Çaylarda su azalıb

Çaylarda su azalıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a  verilən məlumata görə, hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 144 m3/s təşkil edərək ongünlük normanın 129 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surrada 4, Şirvanda 2 sm artım qeydə alınıb
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2016-cı il iyulun 14-də 350 sm), Şirvanda 161 sm, Salyanda 82 sm (2016-cı il iyulun 14-də 110 sm), Bankədə 175 sm (2016-cı il iyulun 14-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2016-cı il iyulun 14-də 70 sm) təşkil edir.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR