Aydın Əliyev 4 rayonun sakinlərini qəbul edəcək

Aydın Əliyev 4 rayonun sakinlərini qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bərdədə vətəndaşları qəbul edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 27-də saat 10:30-da Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə (M.Ə. Rəsulzadə küç. 61) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 26-sı saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR