Çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlanıb

Çay və transsərhəd çaylarda sululuq səviyyəsi açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.
 
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 108 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 60 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 29 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 13,5 m3/s təşkil edərək ongünlük normanın 20 faizini təşkil edib.
 
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühim dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 360 sm (2015-ci il avqustun 22-də 343 sm), Salyanda 140 sm (2015-ci il avqustun 22-də 116 sm), Bankədə 185 sm (2015-ci il avqustun 22-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 68 sm (2015-ci il avqustun 22-də 57 sm) təşkil edir.
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR