Ay tutulması olacaq

Ay tutulması olacaq

Yer sakinləri növbəti Ay tutulmasını müşahidə edəcəklər

Azərbaycan Milli Elmlər Akademiyasından Aktual.az-a verilən məlumata görə, Avqustun 7-si Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar.

Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay” kimi tanınır.

Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.

Qeyd edək ki, bu maraqlı təbiət hadisəsi Moskva şəhərindən daha aydın görünəcək.
 
Aktual.az
Xəbər 183 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR