Axtarışlar gücləndirildi – 8 helikopter və 9 gəmi

Axtarışlar gücləndirildi   – 8 helikopter və 9 gəmi

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları gücləndirilib.

Bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, itkin düşən 23 nəfərin, həmçinin “Neft Daşları”nın 3 əməkdaşının axtarışlarının miqyası artırılıb: “Hazırda axtarışların miqyası genişləndirilib. Axtarışlar bütün sərhədboyu ərazilərdə aparılır. Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışlar aparır. Amma hələ ki, axtarışlar heç bir nəticə verməyib".

Birlikdən hələ də yanğını söndürməyin mümkün olmadığını bildiriblər: “Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur".

Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR