Avtomobil idxalında altı dəfəyə yaxın – AZALMA

Avtomobil idxalında altı dəfəyə yaxın – AZALMA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4349 avtomobil idxal olunub. 

Aktual.az-ın məlumatına görə, "Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,67 dəfə azdır.

Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 3775-ni və yaxud 86,8%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,7 dəfə azalıb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,09 dəfə azalaraq 75, yük avtomobillərinin idxalı 4,18 dəfə azalaraq 419, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,69 dəfə azalaraq 80 ədəd olub. 
 
Aktual.az
Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR