Avtomobil divara çırpılıb, sürücü ölüb

Avtomobil divara çırpılıb, sürücü ölüb

Tovuzda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 8-də Tovuz şəhərində qeydə alınıb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Ramiz Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR