Avtomobil bazarında canlanma — VİDEO

Avtomobil bazarında canlanma — VİDEO

Rusiya istehsalı olan avtomobillərə tələbat artıb.

Bölgələrdəki bəzi avtomobil bazarlarında canlanma müşahidə olunur. Alıcılar, əsasən, Rusiya istehsalı olan avtomobillərə üstünlük verirlər. Bəzi bölgələrdə isə durğunluq yaşanır.

Aktual.az  Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya istehsalı olan avtomobillərə tələbat artıb.

Bərdədə yerləşən maşın bazarında son vaxtlar müəyyən dərəcədə canlanma müşahidə olunur. Alıcılar isə əsasən, Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər.

Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər.

Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildirdilər.

Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır.

Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər. Alıcılar isə əksini iddia edir.


 Aktual.az 

Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR