Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 90-cı kilometrliyində qeydə alınıb. "VAZ 2107” avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində maşında olan bir ailənin 3 üzvü xəsarət alıb. Xəsarət alanlar, Bakı şəhər sakinləri - 1951-ci il təvəllüdlü İnqilab Nəcəfov, 1955-ci il təvəllüdlü Lətifə Nəcəfova və 1981-ci il təvəllüdlü Məhəmməd Nəcəfov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta ağırdır.
Fakt araşdırılır.
Aktual.az
Xəbər 525 dəfə oxunub.