Avtobus sürücülərinə tapşırıq verildi

Avtobus sürücülərinə tapşırıq verildi

Bakı Beynəlxalq Avtovağzalı bölgələrə səfər edən nəqliyyat vasitələrinə sürətin azaldılmasına dair göstəriş verib.


Aktual.az report-a istinadən bildirir ki, bunu Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinə sürət həddini 60 km/saatı aşmamaq tapşırılıb.

Hazırda bölgələrə gedən yollarda hər hansı bir ciddi problemin olmadığını deyən M.Abdullayev əlavə edib ki, avtobusların gedişi və gəlişində gecikmə qeydə alınmayıb.

Növbə rəisi sərnişinlərin sayının da azaldığını vurğulayıb: "Ümumiyyətlə, qış mövsümündə sərnişinlərin sayında azalma müşahidə edilir".

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR