Xəbər verdiyimiz kimi Niderland Krallığının Rotterdam şəhərində keçirilən "Avroviziya -2021” mahnı müsabiqəsində 10 ölkə təmsilçisinin ifası finala vəsiqə qazanıb.
APA-nın məlumatına görə, finalda çıxış edəcək ölkə təmsilçilərinin sıra ardıcıllğı "telegram" kanalında açılanıb.
Müsabiqədə Azerbaycan təmsilçisi Samira Efendi "Mata Hari” mahnısı ilə 21-ci sırada cixiş edecek.
Qeyd edək ki, ötən gün yarışmanın ikinci yarımfinalda ümumilikdə 17 ölkə arasından Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın təmsilçiləri ifaları ilə seçilərək final mərhələsinə keçiblər.
Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.
Xəbər 585 dəfə oxunub.