Avropanın daha 4 ölkəsində koronavirusa yoluxanların sayı artdı

Avropanın daha 4 ölkəsində koronavirusa yoluxanların sayı artdı

Avropada koronavirus sürətlə yayılmaqda davam edir.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada koronavirusdan üçüncü ölüm faktı qeydə alınıb.
Məlumata görə, koronavirus daşıyıcılarının sayı Belçikada 50-yə, İspaniyada 248-ə, Böyük Britaniyada 90-a, Estoniyada isə 3 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 86 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 261-ə çatıb. Bunların 53 709 nəfəri sağalıb, 3 310 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR