Avropada yaşayan azərbaycanlılar Angela Merkelin səfərini alqışlayırlar

Avropada yaşayan azərbaycanlılar Angela Merkelin səfərini alqışlayırlar

Almaniya Kansleri, beynəlxalq siyasi səhnənin nüfuzlu fiqurlarından olan Angela Merkelin Cənubi Qafqaza ilk səfəri nəinki region mediasının, hətta dünya mediasının diqqət mərkəzindədir. Qeyd edilməlidir ki, bu səfər Azərbaycan üçün bir çox baxımdan ciddi və əhəmiyyətli hadisə hesab olunur.

Səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkele müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşlıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bu günkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər. Olduqca müsbət haldır ki, sağlam düşüncəyə sahib olan soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin bu günkü səviyyəsi,Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və s kimi mühüm məsələlərlə bağlıfikirlərinin əks olunduğu yazılarAlmaniya mətbuatında geniş yer alıb.Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyat edən, Azərbaycanı sevməyən, ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Almaniya Kansleri Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Dərc olunan yazıda qeyd olunub ki, kiçik təxribatçı "qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyatı və təsiri yoxdur.


Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR