Avropa Oyunları Azərbaycanın tanıdılması üçün unikal bir imkan oldu -Azad Rəhimov

Avropa Oyunları Azərbaycanın  tanıdılması üçün unikal bir imkan oldu  -Azad Rəhimov

“Birinci Avropa Oyunları sadəcə bir idman yarışması deyildi, bu, Azərbaycanın dünyada tanıdılması üçün unikal bir imkan oldu”.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Azərbaycanı kəşf et: Bakı 2015 buraxılışı” kitabının təqdimat mərasimində deyib.

A.Rəhimov bildirib ki, birinci Avropa Oyunlarında ən vacib məqsədlərindən biri də məhz Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq idi.

Nazir vurğulayıb ki, Avropa Oyunları yaddaşlardan silinməyən, tarixi bir hadisə oldu: “Bakı-2015 Azərbaycanın tolerantlığının, mədəni ənənələrinin bir nümunəsi oldu. Bu tədbirdə potensialımızı, mədəni və mənəvi dəyərlərimizin inkişafını göstərə bildik”.

O, əlavə edib ki, bu Oyunlardan sonra Azərbaycana maraq xeyli artıb. Nazir bildirib ki, növbəti illərdə də Azərbaycanda beynəlxalq yarışlara, o cümlədən Şahmat olimpiadasına, “Formula 1”, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

A.Rəhimov bildirib ki, bütün bu faktlar ölkə rəhbərliyinin düşünülmüş uğurlu siyasət aparmasının bariz nümunəsidir.

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR