Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atıldı

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atıldı
  • İDMAN

 Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə rəqiblər müəyyənləşib. 
"Qarabağ"ın Çempionlar Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı Danimarka "Kopenhagen"i qrup mərhələsində Azərbaycan təmsilçisi ilə birgə çıxış etmiş İspaniya "Atletiko"suna rəqib olub. 
Püşkün nəticələri:

1/16 final
"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) 
"Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya)
"Kohenhagen" (Danimarka) - "Atletiko" (Madrid, İspaniya)
"Spartak" (Moskva, Rusiya) - "Atletik" (Bilbao, İspaniya)
AEK (Afina, Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna)
"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)
"Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya)
"Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya)
"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)
"Partizan" (Serbiya) - "Viktoriya" (Plzen, Çexiya)
"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) 
"Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) 
"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)
"Ostersun" (İsveç) - "Arsenal" (İngiltərə)
"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, oyunlar fevralın 15-də və 22-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında olacaq. 
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR