Avropa İttifaqının səfiri türkləri təhqir etdi

Avropa İttifaqının səfiri türkləri təhqir etdi

Aİ-nin Türkiyədəki səfiri istefa verib.

Türkiyənin Avropa İtttifaqı məsələləri üzrə naziri Ömər Çelik bildirib ki, Aİ-nin Ankaradakı səfiri Hansyorq Haber vəzifəsindən gedərkən diplomatiya qaydalarını pozaraq ölkənin mənəvi dəyərlərinə qarşı hörmətsizlik nümayiş etdirib.

Bu bardə Ölkə.Az Türkiyə KİV-lərinə istinadən məlumat verir.

"İstənilən diplomatın bilməli olduğu iki qayda var. Birinci, ölkənin dəyərlərinə hörmətlə yanaşmaq; ikinci, ölkə prezidentinə hörmət etmək. Aİ səfiri bu əsas qaydaları pozub",- deyə Çelik bildirib.

Aİ səfiri bu gün öz postunu tərk edir. Onun hansı səbəblərlə istefa verməsi məlum deyil. KİV-lərin məlumatına görə, o əvvəllər Aİ-nin Türkiyə qarşısında qoyduğu tələblərin yerinə yetirilməməsi və ölkədə miqrasiya böhranı barədə tənqidi çıxışlar edib.

May ayında Haber Türkiyə XİN-ə dəvət olunub. Ona söylədiyi fikirlərlə bağlı etiraz bildirilsə də, səfir Türkiyənin bir çox şərtləri yerinə yetirmədiyini xatırladaraq türkləri təhqir edən "bizdə belə məsəl var, türk kimi başla, alman kimi başa çatdır, lakin burda hər şey tərsinədir" ifadəsini işlədib.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR