Avropa İttifaqında mobil rouminq ləğv edildi

Avropa İttifaqında mobil rouminq ləğv edildi

Avropa İttifaqı ərazisində mobil rouminqin ləğvi barədə qərar iyunun 15-dən etibarən qüvvəyə minib. 

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında qeyd edilib.

Bildirilir ki, bundan sonra hər hansı üzv ölkənin vətəndaşları başqa üzv ölkənin ərazisində əlavə ödəniş etmədən, öz ölkələrində olduğu kimi, mobil xidmətlərdən yararlanacaqlar: "Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha da asanlaşdırır.

Rouminq yığımlarına son qoyulması Avropanın əsl uğur hekayəsidir. Bundan sonra  Aİ daxilində səyahət edən vətəndaşlar öz mobil cihazları vasitəsilə ölkələrindəki qiymətlərlə danışa, yaza və digər mobil xidmətlərdən yararlana biləcəklər. Rouminq ödənişinin ləğvi Aİ-nin ən böyük və hissedilən uğurlarından biridir”.  

Xatırladaq ki, Avropa Parlamenti aprelin 6-da pulsuz rouminqlə bağlı qərar qəbul edib. Aprelin 25-də Aİ Şurası tərəfindən bu qərar təsdiqlənib.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR