Avro almaq sərf edir?

Avro almaq sərf edir?

"Brexit" referendumunun mənfi nəticələri vahid Avropa valyutasına da təsirsiz ötüşməyib və iyunun 24-də zəifləməyə başlayan avronun məzənnəsi artıq 1,10 dollardan da aşağı enib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasını dəstəkləyənlərin üstünlük təşkil etməsi ilə bitən referendumdan sonra 1,1434 USD/EUR səviyyəsinə qədər yüksələn məzənnə 4,6% azalaraq 1,0909 USD/EUR-a qədər enib. Lakin sərt azalmadan sonra məzənnə bir qədər sabitləşib və günü 1,1117 USD/EUR-da bitirib. Hazırda isə məzənnə 1,0980 USD/EUR səviyyəsinə kimi enib. Saytın analitik qrupu azalmanın yaxın günlərdə daha da sürətlənəcəyini və 1,04 USD/EUR-a çatacağını ehtimal edir.

Funt-sterlinqin məzənnəsi də iyunun 27-də azalmanı davam etdirib və "Brexit" referendumu günü olan minimal səviyyədən də aşağı düşüb. Belə ki, iyunun 24-də referendumdan sonra 1,3224 USD/GBP-yə qədər geriləyən məzənnə hazırda 1,3150 USD/GBP-yə bərabərdir. Xatırladaq ki, 1,3224 USD/GBP - son 21 ilin ən minimal həddi olub.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR