AVRO-2020-nin püşkatmasının vaxtı və yeri dəqiqləşdi

AVRO-2020-nin püşkatmasının vaxtı və yeri dəqiqləşdi
  • İDMAN

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt məlum oldu.

Aktual.az xəbər verir ki, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.
Final mərhələsi 13 şəhərdə, həmçinin Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.
Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.

Aktual.az 
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR