Avqustda Əliyevlə Sarkisyan görüşə bilər

Avqustda Əliyevlə Sarkisyan görüşə bilər

"Hazırda cari ilin avqust ayında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüşün keçirilməsi müzakirə olunur".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə iyulun 20-də ABŞ-ın Ermənistandakı səfiri ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə növbəti görüşünün tarixi barədə verilən sualı cavablandırarkən bildirib.


Lakin, onun sözlərinə görə, iki ölkə prezidenti arasında keçiriləcək görüşün tarixi və yeri hələ ki, məlum deyil.

"Avqustda keçiriləcək görüşün gününü müəyyən etmək üçün Minsk qrupunun üç həmsədri ilə iki ölkə hökuməti arasında müzakirələr aparılmalıdır", - deyə Riçard Mills bildirib.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR