“Avis”in bağlandığı təsdiqləndi - Əməliyyatı kim keçirib?

“Avis”in bağlandığı təsdiqləndi   - Əməliyyatı kim keçirib?

Dünən axşam saatlarından etibarən bütün şöbələri bağlanan “Avis” apteklə bağlı yeni məlumatlar ortaya çıxıb.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov metrostansiyasının çıxışında yerləşən “Avis” aptekin bağlı olduğu məlum olub.

Yaxınlıqdakı obyekt sahibləri aptekin dünən günün ikinci yarısında bağlandığını təsdiqləyiblər. Onların sözlərinə görə, “Avis” prokurorluq orqanlarınən əməkdaşları tərəfindən yoxlama aparıldıqdan sonra bağlanılıb.

Aptekin içində dərmanların yığıldığı rəflər və daxili şüşə qapı möhürlənib. Qapı üzərində bağlanış barədə bildiriş kağızı vurulub.

Baş prokurorluğun yaxın saatlarda “Avis”dəki əməliyyatla bağlı geniş məlumat yayacağı gözlənilir.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR