Atıcılıq yarışları davam edir

Atıcılıq yarışları davam edir

Bu gün Bakı Atıcılıq Mərkəzində "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

Aktual.az  xəbər verir ki, atıcılıq yarışlarında qadınlar arasında 50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş, dairəvi stend və komanda halında səngər stendi üzrə, kişilər arasında isə 50 m məsafəyə tapança ilə və 25 metr məsafəyə standart tapança ilə atəş açma üzrə ən güclülər müəyyənləşəcək.

Bugünkü yarışlarda Azərbaycanın 14 idmançısı mübarizə aparacaq.
 

Aktual.az 

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR