ATƏT-in monitorinq qrupu genişləndirilir

ATƏT-in monitorinq qrupu genişləndirilir

Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

Aktual.az  APA-ya istinadən bildirir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədriCeyms Uorlik "Ria Novosti" agentliyinə bildirib.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Vyana və Sankt-Peterburq görüşlərində tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində aktiv çalışırlar. Prezidentlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər.

Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin də iştirakı ilə münaqişənin tənzimlənməsi istiqamətində genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Tərəflər arasında gərginliyin azaldılması üçün diplomatiya istiqamətində irəliləyiş labüddür", - deyə həmsədr qeyd edib.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR