"ATƏT-in Minsk qrupunun bu dəfəki səfəri də digərləri kimi nəticəsiz olacaq" - deputat


 "ATƏT-in Minsk qrupunun fransalı həmsədrinin dəyişməsi Fransanın mövqeyinin dəyişilməsi demək deyil”.

Aktual.az xəbər verir ki, bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyi dövrdən bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ də müsbət nəticə əldə olunmayıb: "Həmsədrlərin bu dəfəki səfəri də digərləri kimi nəticəsiz olacaq. Əgər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ikili mövqe nümayiş etdirirlərsə, onların nümayəndələrinin mövqeyi də eyni olacaq. Ümid edək ki, yaxın gələcəkdə müsbət nəticə əldə olacaq”. 
 
Aktual.az 
Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR