Ağsuda “Azəriqaz”a işə düzəltmək adı ilə dələduzluq edilib

Ağsuda “Azəriqaz”a işə düzəltmək adı ilə dələduzluq edilib

Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyalar ın olduğu bildirilib.

Bu arədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat köçürülməsi təklif edilib. Bu vəsaiti hesaba mədaxil edən Ağsu rayonu Kalva kənd sakini RQİİ-yə gələrək idarənin rəhbərliyi ilə görüşüb və aldadıldığını bildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin İnsan resursları departamenti tərəfindən həyata keçirilir. Şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlar isə rəsmi veb-səhifəsində yerləşdirilir.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR