Astaranın Taxtanəkəran-Toradi yolu təmir edilir - FOTO

Astaranın Taxtanəkəran-Toradi yolu təmir edilir - FOTO

Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir.

"Azəravtoyol” ASC-dən Aktual.az-a verilən məlumata görə, bir-neçə gündür Taxtanəkəran-Toradi yoluna asfalt döşənməsinə başlanılıb. Qısa müddətdə yolun 1 km-dən çox hissəsinə alt və üst qat asfalt döşənib.
Layihəyə əsasən ərazidə biraşırımlı dəmir-beton konstruksiyalı avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Uzunluğu 28, eni isə 6 metr olacaq körpü yolun 12,4-cü kilometrində yerləşəcək.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa olunan Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar açılacaq.



Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR