Asryan: Müharibə 1-2 saata da baş verə bilər

Asryan: Müharibə 1-2 saata da baş verə bilər

Vətəni kim təslim edir? Heç kim torpaq vermir.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan bu günparlamentdə jurnalistin Tavuş vilayətindəki 4 kəndin (Qazaxın işğal altındakı anklav olmayan kəndləri – red.) qaytarılması ilə bağlı sualına cavab verərkən deyib.
"Mən silahlı qüvvələrə rəhbərlik edirəm, silahlı qüvvələr də onlara verilən tapşırıqları yerinə yetirirlər. Müharibə bir saata, iki saata, üç saata, bir ildən, 5 ildən sonra baş verə bilər. Biz torpaqdan əl çəkmirik”, - o bildirib.
Qeyd edək ki, Qazaxın işğal altındakı anklav olmayan 4 kəndinin – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) – geri qaytarılması Ermənistanda müzakirə edilir.
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR