Aşqabadın yeni hava limanı "Ginnesin Rekordlar Kitabı"na düşdü

Aşqabadın yeni hava limanı
  • DÜNYA

Türkmənistanın paytaxtı Aşqabadda dəyəri iki milyard dollardan artıq olan yeni beynəlxalq hava limanının açılışı olub.

Aktual.az  report-a istinadən xəbər verir ki, üç terminalı olan hava limanının sərnişin buraxma gücü saatda təxminən 2000 sərnişinə bərabərdir. Aeroport istənilən növ və yükqaldırma qabiliyyətinə malik təyyarə qəbul edə və beynəlxalq standartlara cavab verən xidmət təmin edə bilər.

Hava limanının açılış mərasimində ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov da iştirak edib. Dövlət başçısı bildirib ki, ən son aeronaviqasiya texnikası və texnologiyası ilə təchiz olunmuş yeni hava limanı qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Aşqabadın yeni hava limanı açılış mərasimində əsas sərnişin terminalının tavanında dünyanın ən böyük xalça gelinin (ornament) memarlıq rəsminin təsvir edilməsi səbəbilə "Ginnesin Rekordlar Kitabı"na düşdüyünə görə, sertifikat alıb. Bu ornamentin sahəsi 705 kvadratmetrdir.

Qeyd edək ki, Türkmənistanın paytaxtındakı yeni hava limanını Türkiyə şirkəti inşa edib.

Xəbər 664 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR