AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib

Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Bakıya gəlib.

"Report" xəbər verir ki, bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak məlumat verib.
Onun sözlərinə görə, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər.
Aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək.Xatırladaq ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.

Aktual.az
Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR