AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşüb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Stefan Şennak özünün “twitter” hesabında qeyd edib.
Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Səfər müddətində onlar Azərbaycan prezidenti İlham Əliyev, digər rəsmi şəxslər, vətəndaş cəmiyyəti üzvləri, media ilə görüşlər keçiriblər. Onlar sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə edəcəklər.